» » » Şagird və valideynlərə vacib xəbər

Şagird və valideynlərə vacib xəbər

Şagird və valideynlərə vacib xəbər

SMS-məlumatlandırma xidməti bərpa edilir.

Yeni tədris ilindən uşaqların məktəbdə fəaliyyəti ilə bağlı valideynlərin SMS vasitəsilə məlumatlandırılması xidmətinin bərpa ediləcəyi gözlənilir.

Ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbə bildirib ki, SMS-məlumatlandırma servisi yay tətili ilə əlaqədar dayandırılmışdı. Xidmət şagirdin uğuru barədə qısa mesajın valideynlərin mobil telefonlarına göndərilməsini nəzərdə tutur.

ucarliyiq.biz