» » » Şəmkir rayon Təhsil Şöbəsində noqsanlar aşkarlandı

Şəmkir rayon Təhsil Şöbəsində noqsanlar aşkarlandı

Şəmkir rayon Təhsil Şöbəsində noqsanlar aşkarlandı

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin1-ci rübündə Şəmkir rayon Təhsil Şöbəsinə (Şöbə) ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, audit ümumilikdə 46901,5 min manat məbləğində vəsaiti əhatə edib, ayrılmış vəsaitlərin icra səviyyəsi 91,8%-93,3%-dir.

2015/2016-cı tədris ili üçün Şöbənin strukturu 79 ümumtəhsil məktəbi üzrə ümumilikdə 31059 şagird kontingenti və 1619 sinif komplekti təsdiqləyib, ümumtəhsil məktəblərində 3189 nəfər müəllim çalışıb. Təhsil şöbəsinin ümumtəhsil məktəblərində şagirdlər üzrə orta sıxlıq 19,2 nəfər, o cümlədən I-IV siniflər üzrə 20,0 nəfər, V-IX siniflər üzrə 18,5 nəfər, X-XI siniflər üzrə 18,4 nəfər təşkil edib. 

2015/2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərində vakant olan 57 yer üçün (853 saat dərs yükü) kadr sifarişi verilib. Vakant yerlər üzrə ən çox tələbat əsasən riyaziyyat, fiziki tərbiyyə, biologiya, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinə olub.

Təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində attestat alanların yalnız 40,52%-nin qəbul imtahanlarında iştirak etmək üçün müraciət etdiyi, onlardan 41,33%-nin tələbə adını qazandığı, rayon abituriyentlərinin ana dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağı olduğu müəyyənləşib.

Audit dövrünün sonuna kreditor borcun məbləği 5,9 dəfə artaraq 126 min manat olub. Həmin məbləğin 70,1%-ni  kommunal xidmətlərin haqqının ödənişi ilə bağlı yaranmış borclar təşkil edib, həmçinin müxtəlif mal-material qiymətliləri uçota alınmayıb.

Hesablama Palatasının Kollegiyası Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə qərarın surəti Şəmkir rayon Təhsil Şöbəsinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

.
ucarliyiq.biz