» » » Ramil Usubov ANS-in bağlanmasının səbəbini açıqladı – VİDEO

Ramil Usubov ANS-in bağlanmasının səbəbini açıqladı – VİDEO

Ramil Usubov ANS-in bağlanmasının səbəbini açıqladı – VİDEO

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfəri zamanı həmkarı Əfqan Ala ilə görüşüb.

Ucarliyiq.biz “Haberler.com”-a istinadən xəbər verir ki, Azərbaycan daxili işlər naziri Ramil Usubov Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra atılan və atılacaq addımların müzakirəsi üçün Türkiyədə olduğunu diqqətə çatdırıb. 

Nazir qeyd edib ki, FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq:

“Bu, həm də Azərbaycana qarşı yönəlmiş bir cinayətdir. Bundan sonra problemlərin ortadan qaldırılması üçün üzərimizə düşən nə varsa, ən yüksək səviyyədə yerinə yetirəcəyik”.

R.Usubov daha sonra ANS telekanalının bağlanmasından söz açıb: “15 iyul tarixindən sonra bir sıra qəzetlər, ANS telekanalı və digər qurumlar bu pozuculara dəstək verdiyinə görə qapadılıb. Bu işlər hazırda da davam etdirilir”.