» » » Təhsil krediti ilə bağlı şad xəbər – VİDEO

Təhsil krediti ilə bağlı şad xəbər – VİDEO

Təhsil krediti ilə bağlı şad xəbər – VİDEO

Təhsil kreditlərinin şamil olunduğu kontingentin əhatə dairəsi genişləndirilir. Belə ki, əvvəlcə yalnız bakalavr pilləsi üzrə aztəminatlı ailələrdən olan tələbələrə güzəştli kreditlər verilirdisə, indi digər təhsil pillələri də buna əlavə olunur.

Ucarliyiq.biz Xəzərxəbər-ə istinadən xəbər verir ki, magistratura və doktoranturada təhsil alanlar da tələbə kreditlərindən faydalana biləcəklər. Bununla bağlı yeni qanun layihəsinin hazırlanması planlaşdırılır.

Layihənin hazırlanmasında məqsəd tələbələri təhsilə və elmə cəlb etməkdir.

Bütün bu məsələlərin Milli Məclisin payız sesiyasında müzakirəyə çıxarılması gözlənilir.

İndiyədək tələbə krediti üçün maarifçi tələbə krediti fonduna müraciət edən 50-dən çox tələbədən 22-nə kerdit verilib.

Növbəti sesiya isə oktyabrda başlayacaq. Bu seçimlər də əvvəlki qaydada aparılacaq və bu müddət ərzində də “online” şəkildə müraciət edən tələbələrin ərizələrinə baxılacaq. Seçilən tələbələr bu kreditlərdən faydalana biləcəklər.

Ucarliyiq.biz xezerxeber-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: