» » » Sərxoş sürücülərdən yığılan cərimələrlə bağlı – AÇIQLAMA

Sərxoş sürücülərdən yığılan cərimələrlə bağlı – AÇIQLAMA

Sərxoş sürücülərdən yığılan cərimələrlə bağlı – AÇIQLAMA

DİN Baş Dövlət Yol Polisi İdarəsi sərxoş sürücülərdən yığılan cərimələrlə bağlı açıqlama yayıb.

İdarədən Ucarliyiq.biz-ə verilən məlumata görə, iqtisadçı-ekspert Qubad İbadoğlu bəzi kütləvi informasiya vasitələrində, habelə sosial şəbəkələrdə sürücülərdən yığılan cərimələr və sərxoş sürücülərlə bağlı cərimələrin hesabatda əksini tapmaması barədə məlumat verib. 

Onun sözlərinə görə, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı avqustda gündə 50 sürücü cərimələnib. Bu ilin ilk ayında 9100 sərxoş sürücü ilin ilk 6 ayında ən azı 3 milyon 640 min cərimə ödənilməli idi. Amma ekspert hesab edir ki, nədənsə 6 aylıq hesabatda sərxoş sürücülərdən bəhs olunmur.

Lakin DİN Baş Dövlət Yol Polisi İdarəsi məsələ ilə bağlı yaydığı açıqlamada ekspertin fikirlərini təkzib edib. Belə ki, idarədən verilən məlumata görə, 6 ay ərzində aşkar edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında, o cümlədən sərxoş sürcülər barədə məlumat hələ iyul ayının 20-də Baş DYP İdarəsinin dyp.gov.az rəsmi saytında yerləşdirilib və istənilən şəxs saytın “Xəbərlər arxivi”nə daxil olmaqla həmin məlumatları əldə edə bilər. 

O ki qaldı statistik məlumatlarda göstərilən 40,2 milyon manat vəsaitə, Baş DYP İdarəsi bir daha bildirir ki, bu pul tətbiq olunan cərimələrin məbləği deyil, ödənilən cərimələrin miqdarıdır və bu məbləğə ödənişi bu il təmin olunmuş, lakin əvvəlki illərdən qalmış cərimələr də daxildir.

.
ucarliyiq.biz