» » » Azərbaycanda 400 minə yaxın şəxs kəskin infeksiyaya yoluxub

Azərbaycanda 400 minə yaxın şəxs kəskin infeksiyaya yoluxub

Azərbaycanda 400 minə yaxın şəxs kəskin infeksiyaya yoluxub

Ötən il Azərbaycanda 397777 nəfərin qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxması halı qeydə alınıb.

Ucarliyiq.biz xəbər verir ki, Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə görə, ötən il 14306 nəfərdə ümumi kəskin bağırsaq infeksiyaları, 329 nəfərdə viruslu hepatitlər, 11645 nəfərdə suçiçəyi, 329 nəfərdə salmonelyoz infeksiyaları, 311 nəfərdə qoturluq, 9 nəfərdə qarayara, 341 nəfərdə bruselyoz, 168 nəfərdə skarlatin qeydə alınıb.

Statistik məlumatlara görə, qeyd edilən bütün xəstəliklər üzrə xəstələnmə hallarının sayı 2014-cü ilə nisbətən azalsa da, qoturluq və bruselyozla xəstələnmə halları artıb.

2014-cü ildə 225, 2015-ci ildə 311 nəfərdə qoturluğa yoluxma halı, 2014-cü ildə 337, 2015-ci ildə isə 341 nəfərdə brusellyozla xəstələnmə halı qeydə alınıb.

ucarliyiq.biz