» » » Azərbaycan dünya gözəllik atlasında – FOTO

Azərbaycan dünya gözəllik atlasında – FOTO

Azərbaycan dünya gözəllik atlasında – FOTO

Dünyaca məşhur rumıniyalı fotoqraf Mixayel Norok bir neçə gün əvvəl Azərbaycanda olub. 

Ucarliyiq.biz Milli.Az-a istinadla xəbər verir ki, dünya ölkələrini gəzib təbii gözəl qızlar taparaq onların fotolarını çəkən fotoqrafın sonuncu dayanacağı paytaxtımız Bakı olub. O, burada Fidan adlı gözəl azərbaycanlı qızla tanış olub və onun fotosunu çəkib. 

Fidanın şəklini rəsmi “The Atlas of Beauty” səhifəsində paylaşaraq bu sözləri yazıb: 

“Bir neçə həftə əvvəl Azərbaycanın paytaxtı Bakıda olarkən xeyli gözəl qadınla danışmaq imkanım oldu. Kişilərin dominion rolunu oynadığı, qadınların əksəriyyətinin ərlərinin icazəsini almadan şəkil çəkdirməkdən çəkindikləri yerli cəmiyyətdə vəziyyət dəyişir.

Gender bərabərliyi uğrunda mübarizə aparan azərbaycanlı qadınlar hələlik azlıqda olsalar da, onların sayı artır və əminəm ki, yaxında onlar çoxluq təşkil edəcəklər.

Fidan da belə ecazkar xanımlardan biridir. O, qarşılıqlı sayğı və bərabərlik olmadan münasibətlər qurmayacağını deyir.

Bəziləri üçün bu sözlər, bəlkə də adi təsir bağışlaya bilər. Amma inanın ki, dünyanın çox məkanlarında qadının belə sözləri dilə gətirməsi cəsarət və qətiyyət tələb edir”.

ucarliyiq.biz