» » » Göygöl və Tərtərdə dolu düşüb

Göygöl və Tərtərdə dolu düşüb

Göygöl və Tərtərdə dolu düşüb

Azərbaycan ərazisində müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucarliyiq.biz-a verilən məlumata görə, sentyabrın 1-i gün ərzində, 2-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Göygöl və Tərtərdə dolu düşüb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1,0-8,0 mm, Lənkəran-Astara zonasında 1,0-26,0 mm, Astarada 84,0 mm, Lerikdə 41,0 mm, Böyük Qafqazda 1,0-18,0 mm, bəzi dağlıq ərazilərdə 33,0-78,0 mm, Kiçik Qafqazda 1,0-2,0 mm, Qazax-Gəncə zonasında 1,0-8,0 mm, Mərkəzi-Aran rayonlarında isə 1,0-24,0 mm olub.

Şimal-qərb küləyinin sürəti bəzi rayonlarda 18-32 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, arabir 28 m/s-dək güclənib.

.
ucarliyiq.biz