» » » Milli qəhrəmanın oğlu polis bölməsinə rəis təyin olundu

Milli qəhrəmanın oğlu polis bölməsinə rəis təyin olundu

Milli qəhrəmanın oğlu polis bölməsinə rəis təyin olundu

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

Oxu,Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, polis mayoru Murad Hüseynov vəzifəsindən azad edilərək Xəzər RPİ 1-ci PB-nin rəisi təyin edilib.

1-ci PB-nin rəisi, polis mayoru Zaur Əliyev isə Nəsimi RPİ-nin 22-ci PB-yə rəis təyin olunub.

22-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Mahir Məmmədov isə sərəncama göndərilib.

Qeyd edək ki, M.Hüseynov Azərbaycanın milli qəhrəmanı Tofiq Hüseynovun oğludur.

ucarliyiq.biz