» » » Azərbaycanda sel təhlükəsi gözlənilir

Azərbaycanda sel təhlükəsi gözlənilir

Azərbaycanda sel təhlükəsi gözlənilir

Azərbaycanın şimal bölgəsində baş verən sel hadisələrindən sonra buradakı bəzi çaylardan, eləcə də Şəki-Zaqatala, Lənkəran-Astara zonasındakı çaylardan sellərin keçəcəyi gözlənilir.

Ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, çaylarda sellərin olacağı barədə proqnozlar verilmişdi və bunlar özünü doğruldub.

lizadə qeyd edib ki, yayın, xüsusilə iyulun II yarısı və avqust ayında havaların uzun müddət quraq, az yağıntılı keçməsi nəticəsində dağlıq ərazilərdə sel ocaqlarında külli miqdarda sel materialları yığılmışdı: 

“Mövsümün dəyişməsi ilə ölkə ərazisində sel keçmək ehtimalının olacağı əvvəlcədən proqnozlaşdırılmışdı. Elə bu günlərdə baş verən intensiv yağışlar da bu proznozları bir daha sübut etdi. Bu günlərdə həm Dəmiraparançayın Qusar rayonunun Ləzə kəndi yaxınlığından keçən hissəsində güclü sel, həm də Böyük Qafqazın cənub yamacının digər çaylarında baş verən bu hadisələr göstərdi ki, proznozlar öz qüvvəsində qalır. Bəzi çaylardan sel keçir, bəzilərindən isə sel keçmə ehtimalı çox böyükdür”.

lizadə əlavə edib ki, hazırda sel keçmə ehtimalı çox böyük olan çaylara xüsusilə Böyük Qafqzın cənub yamacı çayları- Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay, Göyçay və Girdimançaya aiddir. Eyni ilə Kiçik Qafqazdakı Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Qoşqarçay, Kürkəkçaydan da selin keçəcəyi gözlənilir:

“Nəzərə alsaq ki, Lənkəran-Astara zonasında da bu günlərdə intensiv yağışlar yağıb. Orada da selə keçən gursululuğu gözləmək olar”.

lizadə qeyd edib ki, yaxın günlərdə Şəki-Zaqatala, Lənkəran-Astara zonasındakı çaylarla yanaşı, Quba-Xaçmazın bəzi çaylarından, yəni Böyük Qafqazın şimal-şərq yamacındakı Qusarçayda, Qudyalçayda və Vəlvələçayda da sel gözlənilir: 

“Hava şəraiti belə yağıntılı davam edərsə, yaxın 5-10 gün ərzində bu hadisələri gözləmək olar. Çünki artıq dağlarda sel ocaqları hazırdır”.

lizadənin sözlərinə görə, sellərin keçəcəyi çayların yaxınlığında onlarla yaşayış məntəqəsi var: 

“Bu da həmin yaşayış məntəqələri üçün problemlər yaradır. Dəyən zərər selin gətirdiyi materialın həcmindən asılı olur. Kişçaydakı ötən selin nəticəsi hamıya məlum oldu. Bu çaydan iki dəfə sel keçdi. Böyük Qafqazın Cənub yamacında olan çaylarda - Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay, Göyçay və Girdimançayın sel keçən ərazilərində selin təsiri zonasında olan onlarla yaşayış məntəqəmiz var”.

Qeyd edək ki, ötən gün Azərbaycanın şimal bölgəsindəki bəzi çaylarından sel keçib. Nəticədə bəzi əraziləri su basıb. Quba-Xınalıq yolunun 29-cu km-də körpü qəzalı vəziyyətə düşüb.

.
ucarliyiq.biz