» » » Rəqəmli televiziya avadanlıqları gömrük rüsumundan azad edildi

Rəqəmli televiziya avadanlıqları gömrük rüsumundan azad edildi

Rəqəmli televiziya avadanlıqları gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, dəyişiklik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemlərinin gömrük idxal rüsumundan azad edilməsini nəzərdə tutur.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 3 (üç) il müddətində qüvvədədir.

ucarliyiq.biz