» » » Yardımlıda 12 yaşlı uşaq özünü bıçaqlayıb

Yardımlıda 12 yaşlı uşaq özünü bıçaqlayıb

Yardımlıda 12 yaşlı uşaq özünü bıçaqlayıb

Yardımlı rayon sakini bıçaqlanma diaqnozu ilə bu gün səhər saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Ucarliyiq.biz-ın APA-ya istinadla məlumatına görə, rayonun Arvana kənd sakini, 2002-ci il təvəllüdlü Əliş Aslan oğlu Süleymanov dərhal əməliyyat blokuna götürülüb, hazırda həkimlər onun yaralarının tikilməsi, digər zəruri yardımların göstərilməsinə cəlb olunublar.

Yardımlı Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın yerli bürosuna 12 yaşlı uşağın bıçaqlanmasının ehtiyatsızlıq səbəbindən zərərçəkmişin özü tərəfindən törədildiyi bildirilib.

ucarliyiq.biz