» » » “Yaşıl Teatr” layihəsi keçiriləcək

“Yaşıl Teatr” layihəsi keçiriləcək

“Yaşıl Teatr” layihəsi keçiriləcək

Məktəblilərdən təşkil olunmuş gənc nəslin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi və ekoloji təşəbbüskarlığının artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilən “Yaşıl Teatr” layihəsinə start verilir.

Layihənin rəhbəri Ramtiq Əlizadənin Ucarliyiq.biz-a verdiyi məlumata görə, məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, məktəblilər arasında maarifləndirmə işi aparmaq, ekoloji problemlərin həlli yollarını gənclərə çatdırmaq, ekologiyanın qorunmasında onların fəal iştirakını təmin etmək, eyni zamanda, onları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqdan ibarətdir. 

Layihəni uğurla başa vuran iştirakçılar müxtəlif hədiyyələr və sertifikatla təltif olunacaqlar.

“Yaşıl Teatr” layihəsi ekoloji mövzuda teatr əsaslı təlimlər, komanda işləri, əyləncəli eko-oyunlar, müzakirələr və iştirakçıların mövzuya uyğun hazırladıqları sosial teatrlardan ibarət olacaq.

Layihədə 29 yaşına qədər olan gənclər iştirak edə bilərlər.

“Yaşıl Teatr”ın final mərhələsi isə 10 – 13 sentyabr 2016-cı il  tarixində İsmayıllı rayonu Heydər Əliyev adına parkda təşkil olunacaq.

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfapfqjysAn5-B2jAA6ZjDFJL5oJlseYWH40Ry9RtPwQavQCg/viewform

Daha ətraflı: https://www.facebook.com/events/752626831507104/

ucarliyiq.biz