» » » AXCP-çi atasının yasında iştirak etmək üçün azadlığa buraxıldı

AXCP-çi atasının yasında iştirak etmək üçün azadlığa buraxıldı

AXCP-çi atasının yasında iştirak etmək üçün azadlığa buraxıldı

Bir gün sonra o, yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin atasının yas mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılıb.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə M.İbrahimin vəkili Yalçın İmanov məlumat verib.

Onun sözlərinə görə, M.İbrahim bir gün sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılacaq.
Xatırladaq ki, M.İbrahimin atası sentyabrın 3-də dünyasını dəyişib.

Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.

ucarliyiq.biz