» » » Akif Çovdarovun işinə Hərbi Məhkəmədə baxılacaq

Akif Çovdarovun işinə Hərbi Məhkəmədə baxılacaq

Akif Çovdarovun işinə Hərbi Məhkəmədə baxılacaq

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində olan cinayət işinin materialları məhkəmə icraatına verilib.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, A.Çovdarov və onunla birgə tutulan digər dörd “MTN”-çinin işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.

Məhkəmənin vaxtı, qapalı və ya açıq keçiriləcəyi hələlik məlum deyil.

ucarliyiq.biz