» » » Yeni “ASAN xidmət”lər açılır

Yeni “ASAN xidmət”lər açılır

Yeni “ASAN xidmət”lər açılır

Növbəti illərdə Şəki, Mingəçevir, Quba və İmişlidə regional “ASAN xidmət” mərkəzlərinin açılışı planlaşdırılır.

Ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.

Diqqətə çatdırılıb ki, fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət” mərkəzlərinə 11 milyondan çox müraciət daxil olub. 2013-cü ildən isə “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədilə xüsusi avtobuslarla səyyar xidmətlər göstərilir.  

Hazırda ölkə üzrə 11 “ASAN xidmət” mərkəzində 2 minədək işçi çalışır. Buraya həm “ASAN xidmət”in, həm də digər dövlət orqanlarının əməkdaşları daxildir. Bundan əlavə, bu mərkəzlərdə 800-ə yaxın könüllü fəaliyyət göstərir.

ucarliyiq.biz