» » » Hakan Şükür: Nə FETÖ-çüyəm, nə də 200 milyonluq sərvətim var

Hakan Şükür: Nə FETÖ-çüyəm, nə də 200 milyonluq sərvətim var

Hakan Şükür: Nə FETÖ-çüyəm, nə də 200 milyonluq sərvətim var

FETÖ ilə əlaqəsi olduğuna görə haqqında həbs qərarı çıxarılan və 200 milyonluq sərvətinə həbs qoyulan “Qalatasaray” və Türkiyə millisinin sabiq forvardı Hakan Şükür “Tvitter” hesabından paylaşım edib.

Ucarliyiq.biz-ın “Hüriyyet”ə istinadən məlumatına görə, o, haqqında çıxan “Hakan Şükürü Fətullah Gülənlə FETÖ Hərbi Hava Qüvvələri imamı Adil Öksüz görüşdürüb” kimi xəbərlərə aydınlıq gətirib.

Şükür bildirib ki, bu məlumatlar yanlışdır: “Məni FETÖ deyə bilinən bir təşkilatla tanışdırdığı deyilən Adil Öksüz adlı adam haqqında heç bir şey bilmirəm”.

Hakan Şükür 200 milyonluq sərvəti olduğuna dair iddiaları da rədd edib: “Mənim 200 milyonluq sərvətim yoxdur. Bu xəbərlər yalandır”. 

ucarliyiq.biz