» » » Oxu.Az xəbər portalları arasında birincidir

Oxu.Az xəbər portalları arasında birincidir

Oxu.Az xəbər portalları arasında birincidir

Bakı sakinləri ən son xəbərləri haradan alırlar?

“ACT Azərbaycan” 8-12 avqust tarixlərində Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edir.

Ucarliyiq.biz xəbər verir ki, “ACT Azərbaycan” bu barədə “Facebook” səhifəsində məlumat yayıb.

Sorğuda iştirak etmiş respondentlərin böyük əksəriyyəti sosial mövzuda olan xəbərləri oxuduqlarını açıqlayıblar (61,7%). Populyarlığına görə siyasi xəbərlər ikinci pillədə (48,2%) qərarlaşıb. Üçüncü yeri hava buraxılışı tutub (37%). Biznes və iqtisadiyyat (34,4%) dördüncü, idman (30,4%) beşinci, kriminal xəbərlər (29%) isə altıncı pillədə yer alıb.

Ən az diqqət çəkən xəbərlər isə mətbəx (0,2%), heyvanlar aləmi (0,3%), dəb (0,3%), hərbi vətənpərvərlik (0,7%) və texnologiya xəbərləri olub (1%).

Xəbər alarkən yerli telekanallara üstünlük verənlər sorğuda 78% təşkil edib. Respondentlər ən çox “Azad Azərbaycan” (ATV) kanalını izlədiklərini bildiriblər (34%). İkinci sırada “Xəzər” TV (15%), üçüncü yerdə isə AzTV (6,3%) qərarlaşıb.

Ən son xəbərləri radioda dinləyənlər isə 0,5% olub. Radiodinləyicilər 106 FM (26,8%), 106,3 (13%) və Burc FM-i (7,7%) dinlədiklərini bildiriblər.

11,4% respondent üçün yerli saytlar etibarlı xəbər mənbəyi olub. Ən oxunaqlı saytların siyahısına Ucarliyiq.biz saytı liderlik edib (14,8%). İkinci yerdə 11,3% səslə Milli.Az saytı qərarlaşıb. Üçlüyü 5,85% səslə Day.Az saytı tamamlayıb.

Sosial mediadan xəbər alanlar isə 26% təşkil edib.

Rəyi soruşulan Bakı sakinləri xarici media qurumlarından, əsasən, Türkiyə kanallarını izləyirlər (66,5%). Daha sonrakı pillədə 27,5% göstərici ilə Rusiya kanalları qərarlaşıb. Qərb mediası 5% səslə üçlüyü tamamlayır.

Paytaxt sakinləri əcnəbi xəbər saytlarından Bbc.com (22,2%), Euronews.com (16,4%) və Ria.ru-nu (2,5%) oxumağa üstünlük verirlər.

Sorğu 8-12 avqust tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

Oxu.Az xəbər portalları arasında birincidir

ucarliyiq.biz