» » » Səhiyyə nazirinin müavini: Dərman şirkətləri fəaliyyətlərini tənzimləyə bilmir

Səhiyyə nazirinin müavini: Dərman şirkətləri fəaliyyətlərini tənzimləyə bilmir

Səhiyyə nazirinin müavini: Dərman şirkətləri fəaliyyətlərini tənzimləyə bilmir

“Dolların qiymətinin qalxmasının dərmanların qiymətlərinə təsiri ilə bağlı əczaçılıq şirkətlərinin baş nazirin müavini Əli Əhmədova etdiyi müraciət Səhiyyə Nazirliyinə də göndərilib”.

Ucarliyiq.biz xəbər verir ki, Report-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, məsələ İqtisadiyyat Nazirliyini də narahat edir: 

“Dünən Tarif Şurası ilə Səhiyyə Nazirliyinin birgə müzakirəsi olub. Çünki çox şirkətlər nazirliyə birbaşa çıxırlar. Əhali də müraciət edir ki, müəyyən dərmanların çatışmazlığı yarana bilər. Hesab edirəm ki, bu məsələ tənzimlənəcək. 

Çünki İqtisadiyyat Nazirliyi hökumətin, Mərkəzi Bankın qarşısında məsələ qaldırıb ki, bu tənzimlənsin. 

Burada əsas problem yaradan məsələlər odur ki, valyutalar valyutadəyişmə məntəqələri üçün qoyulan 4 faizlik marjadan yuxarı qiymətə satıldığına görə, bu şirkətlər də öz işlərini normal şəkildə tənzimləyə bilmirlər. Sözsüz ki, şirkət də gətirdiyi dərman preparatlarından özünə qazanc götürməyə maraqlıdır”.

.
ucarliyiq.biz