» » » Hacıqabulda ağır qəza: Ölən var

Hacıqabulda ağır qəza: Ölən var

Hacıqabulda ağır qəza: Ölən var

Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

Ucarliyiq.biz xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “MAN” markalı 50 ZA 177 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını “Mercedes” markalı 66 BJ 952  dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Mercedes”də olanlardan 1 nəfər hadisə yerində ölüb, 5 nəfər isə müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla əlaqədar araşdırma aparılır.  

.
ucarliyiq.biz