» » » 11,12,13,15 sentyabrda!

11,12,13,15 sentyabrda!

11,12,13,15 sentyabrda!

Bayram və Bilik günü şənlikləri yeni mövsümdə yenə sizə yaxın “Metropark”da.

Ailəvi Ticarət Mərkəzi olan “Metropark”da mövsüm açılışı şəhərimizin sakinləri və qonaqlarımızın könlünü oxşayacaq möhtəşəm tədbirlərlə başlayır.

Həm uşaq, həm də böyüklərin rahat alış-veriş ilə bərabər əylənməsini və gözəl vaxt keçirməsini düşünən “Metropark” bu mövsümdə də əyləncə dolu tədbirlərlə yeni start verir.

Qurban bayramı və Bilik günü münasibətilə 11, 12, 13 və 15 sentyabr tarixlərində uşaqların əylənməsi üçün nəzərdə tutulan bir-birindən maraqlı şoularla dolu möhtəşəm tədbirlər keçiriləcək. 

“Metropark”da keçirilən tədbirlərdə hər kəs iştirak edə bilər. Tədbirlərimizə giriş azaddır. Uşağınızın üzündəki gülüşdə “Metropark”dan da pay olsun. Bayramda doyunca əylənmək üçün “Metropark”a gəldikdə, uşaq əyləncə mərkəzi “Happyland”ə də baş çəksəniz, burada siz bayrama özəl sürprizlərlə qarşılaşacaqsınız. 

“Happyland”in içində uşaqlarınızın rahatı və gözəlliyi üçün “Funny Boom” adlı uşaqlar üçün fotosessiya və saç kəsimi salonu artıq fəaliyyətə başlayıb. Bundan sonra balaca dostlarımız “Happyland”da həm əylənəcək, həm də gözəl saç düzümləri etdirə biləcəklər.

15 sentyabr yeni dərs ili başlayır və bu münasibətlə “Metropark”da yerləşən uşaq geyim mağazalarından uşaqlarınız üçün bir-birindən fərqli, dəbli və gözəl geyimlər də ala bilərsiniz.
 Hər zövqə və cibə uyğun markaların olduğu “Metropark”da uşaq geyim mağazalarının sırasına daha yeni bir “LOME KIDS” adlı brand əlavə olundu.

Yeni mövsümün açılışı ilə “Metropark”da yeni markalar, açılışlar da olacaq. Bunlar bütün kofe sevərlərin tanıdığı dünyaca məşhur “SECOND CUP” Kafe, yenə de sportdan məktəb ayaqqabısına qədər hər cür modaya ve büdcəyə uyğun ailəvi ayaqqabı brandi “FLO” və özünəməxsus yeri olan beynəlxalq “GALAXY” məişət texnikası mağazasıdır.

“Metropark” daim müştərilərinin rahatlığını düşünür və bunun üçün çalışır.

U.A
ucarliyiq.biz