» » » Bakıda məhkumun təcridxanada övladı oldu

Bakıda məhkumun təcridxanada övladı oldu

Bakıda məhkumun təcridxanada övladı oldu

Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Mahnurə Hüseynova uşaq dünyaya gətirib.

Ucarliyiq.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə M.Hüseynova bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda məlumat verib.

Mahnurə Hüseynova məhkəməyə müraciət edərək polis əməkdaşları tərəfindən saxlanılarkən hamilə olduğunu deyib: 

“Mən həbsxanada uşaq dünyaya gətirdim, oğlan idi. Atası da Ehtiram Həsənovdur. Körpəmi “türmədə” yoxa çıxartdılar, nə ölüsü bilinir, nə dirisi. Uşağımı oğurladılar, mənə də heç nə demirlər”.

Hakim bildirib ki, bununla bağlı prokurorluğa müraciət edilməlidir. M.Hüseynova deyib ki, prokurorluğa etdiyi şikayət də nəticəsiz qalıb.

Qeyd edək ki, Mahnurə Hüseynova “Bakı Taxıl Kombinatı”nın direktoru Qalib Bağırovun qətli ilə bağlı təqsirləndirilir. Onunla bərabər əri Ehtiram Həsənov və Mübariz Əliyev də saxlanılıb.

Xatırladaq ki, oxşar hadisə ötən il də baş vermişdi. Qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Quliyeva Lamiyə Sahib qızı övlad dünyaya gətirməsi ilə gündəmə gəlmişdir.

.
ucarliyiq.biz