» » » Lənkəranda ağır qəza: 4 ölü, 5 nəfər yaralı

Lənkəranda ağır qəza: 4 ölü, 5 nəfər yaralı

Lənkəranda ağır qəza: 4 ölü, 5 nəfər yaralı

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Ucarliyiq.biz xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 10-da, saat 06:00 radələrində Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, VAZ-2106 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və təcili yardım briqadaları cəlb olunub.

Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

.
ucarliyiq.biz