» » » Məkkədə azərbaycanlı zəvvar öldü

Məkkədə azərbaycanlı zəvvar öldü

Məkkədə azərbaycanlı zəvvar öldü

Qurban kəsdikdən sonra.

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri bu gün qəfil dünyasını dəyişib.

ucarliyiq.biz xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsinin “APA Holding”in Məkkəyə ezam olunmuş əməkdaşı Jalə Məmmədliyə verdiyi məlumata görə 55 yaşlı Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişib. 

Onun ürək tutmasından öldüyü bildirilir. 

Zəvvarın nə zaman dəfn ediləcəyi bəlli deyil. Hələlik sənədləşdirmə işləri aparılır.

Digər iki azərbaycanlı zəvvarın isə səhhəti günvurma səbəbindən pisləşib.

Hər iki zəvvar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, zəvvarlarımız bu gün Minada böyük şeytanı daşladıqdan sonra qurban kəsiblər.

Onların vətənə sentyabrın 29-dan etibarən dönəcəkləri gözlənilir.