» » » Xaçmazda qadın yanaraq öldü

Xaçmazda qadın yanaraq öldü

Xaçmazda qadın yanaraq öldü

Xaçmaz rayonu Yataqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 105 m2 sahədə, 2-ci mərtəbəsində iki otağının yanar konstruksiyaları və ev əşyaları ilə 52 m2 sahədə yanıb.

Ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğından sonra 1953-cü il təvəllüdlü Nərgiz Ələsgər qızı Əsgərovanın yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

.
ucarliyiq.biz