» » » İlhamiyyə Rza: Şahinin anası da xərçəngdən vəfat edib

İlhamiyyə Rza: Şahinin anası da xərçəngdən vəfat edib

İlhamiyyə Rza: Şahinin anası da xərçəngdən vəfat edib

Telejurnalist İlhamiyyə Rza millət vəkili Qənirə Paşayeva ilə birlikdə qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadəni xəsətəxanada ziyarət edib.

Ucarliyiq.biz xəbər verir ki, İ.Rza görüşdən olan fotoşəkli sosial şəbəkədə paylaşaraq təəssüratlarını bölüşüb:

“Bu gün Şahin Zəkizadənin kimyaterapiyasına başlayırlar. Bütün dostlara səslənirəm ki, hələlik onu yoxlamağa getməyin. Həyat qoldaşı Səbinəylə əlaqə saxlamaq yetər. İstəyənlərə telefon nömrəsini yaza bilərəm.

Qənirə xanım həkimi Valeh bəylə söhbət etdi. Həkim ciddi tapşırdı ki, növbəti mərhələdə xəstəni cüzi infeksiyalardan belə qorumaq vacibdir. Palataya ziyarətçilərin gəlməsinə icazə verilmir. Amma hamımın narahatlığı başadüşüləndir.

Dəyərli həmkarlarım, media nümayəndələri, xəstəxanaya getmədən də Şahinə dəstək ola bilərsiniz. Bütün məlumatları telefonla da almaq mümkündür. 

İlhamiyyə Rza: Şahinin anası da xərçəngdən vəfat edib

Şahinin diaqnozu ağırdır: qan xərçəngidir. Anası da bu xəstəlikdən vəfat edib. Hazırda atası da xərçəng xəstəsidir. Həyatın çox ağır zərbələrini görmüş Şahin indi özü də bu amansız xəstəliklə üz-üzədir. Amma ümidsiz deyil. Həkim dedi ki, müalicəyə əməl edilsə, xəstəliyə qalib gələcək. 

Ailə birinci xanım Mehriban Əliyevaya müraciət etmək niyyətindədir. Bildiyiniz kimi, bu xəstəliyin müalicəsi çox bahalıdır və güman ki, ölkə xaricində aparılmalıdır. Lakin bunun üçün lazımi vəsait olmalıdır. Şahini tanıyanları ona dəstək olmağa səsləyirəm. Gözəl ailəsi, körpəsi var... Onu amasız xəstəliyin əlindən alaq. Allah tezliklə şəfasını versin”.

ucarliyiq.biz