» » » Gəncədə qadın sürücü ağır qəza törətdi, ölən var – VİDEO

Gəncədə qadın sürücü ağır qəza törətdi, ölən var – VİDEO

Gəncədə qadın sürücü ağır qəza törətdi, ölən var – VİDEO

Gəncədə qadın sürücü ağır yol qəzası törədib.

Ucarliyiq.biz Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 

“Hyundai Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında yığılan mişar daşlarına, sonra isə mağazaya çırpılıb.

Qəza zamanı sərnişin - 24 yaşlı Xanım Nəsirova hadisə yerində dünyasını dəyişib. Sükan arxasında olan 30 yaşlı Nurlana Kərimova isə yüngül bədən xəsarəti alıb. 

Yol-nəqliyyat hadisəsi zamanı yol kənarındakı iki mağazanın şüşələri sınıb.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırmalara başlanılıb.