» » » Türkiyə şirkəti Azərbaycan bankını məhkəməyə verib

Türkiyə şirkəti Azərbaycan bankını məhkəməyə verib

Türkiyə şirkəti Azərbaycan bankını məhkəməyə verib

Türkiyə Respublikasının hüquqi şəxsi “Provel Tükətim Ürünləri Sanayi və Ticarət” Anonim Şirkəti “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib.

Ucarliyiq.biz-ın Report-a istinadən məlumatına görə, Türkiyə şirkəti bank qarantiyası üzrə ödənişin verilməsinə məcbur edilmə barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı qismən təmin edib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.