» » » Yetkinlik yaşına çatmayan qızı qaçıran gənc özünü asıb

Yetkinlik yaşına çatmayan qızı qaçıran gənc özünü asıb

Yetkinlik yaşına çatmayan qızı qaçıran gənc özünü asıb

Goranboyda intihar hadisəsi qeydə alınıb.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Veyisli qəsəbəsində baş verib. 

Kəlbəcər rayonundan olan məcburi köçkün, Veyisli qəsəbəsində məskunlaşan 1991-ci il təvəllüdlü Rəsul Yaşa oğlu Hüseynzadə qəsəbənin yaxınlığındakı meşədə özünü asaraq intihar edib.

Məlumata görə, R. Hüseynzadə ailə qurmaq üçün qonşuluqda yaşayan, yetkinlik yaşına çatmamış qızı qaçırıb. Ailələr arasında yaranan narazılığı həll etmək üçün Goranboy rayon Polis Şöbəsinə müraciət olunub. Şöbəyə çağırılan R.Hüseynzadə bir gün sonra meşədə özünü asaraq intihar edib.

Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.