» » » Bayramın ikinci gününə olan hava proqnozu açıqlandı

Bayramın ikinci gününə olan hava proqnozu açıqlandı

Bayramın ikinci gününə olan hava proqnozu açıqlandı

Bakı və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ucarliyiq.biz-a verilən məlumata görə, havanın temperaturu gecə yarımadada 19-22° isti, gündüz  26-30° isti, Bakıda gecə  19-21° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.              

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.