» » » Heydər Əliyev Fondu tanınmış rejissora yardım göstərəcək

Heydər Əliyev Fondu tanınmış rejissora yardım göstərəcək

Heydər Əliyev Fondu tanınmış rejissora yardım göstərəcək

Heydər Əliyev Fondu xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış rejissor Şahin Zəkizadənin ilkin müalicəsinə yardım göstərəcək.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Trend-ə Tibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər.

Klinikadan bildirilib ki, leykozun kəskin forması diaqnozu qoyulan Ş.Zəkizadəyə sentyabrın 10-dan ilkin müalicə kursu təyin olunub. Bu müalicə kursundan sonra təkrar müayinələr aparılacaq. İlkin müalicə mərhələsinə Heydər Əliyev Fondu dəstək göstərəcək.

Məlumatı Heydər Əliyev Fondu təsdiq edib.