» » » Azərbaycana payız fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb

Azərbaycana payız fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb

Azərbaycana payız fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb

Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb.

Ucarliyiq.biz xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Report-a bildirib ki, payız ölkəyə sentyabrın 22-də saat 18:21-də daxil olacaq.

“Bu il qış isə Azərbaycana dekabrın 21-i, saat 14:44-də daxil olacaq” -, X.Mikayılov əlavə edib.