» » » Naxçıvan hava limanının “Qərb terminalı” istifadəyə verilib – FOTO

Naxçıvan hava limanının “Qərb terminalı” istifadəyə verilib – FOTO

Naxçıvan hava limanının “Qərb terminalı” istifadəyə verilib – FOTO

Sentyabrın 11-də Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı” istifadəyə verilib.

Ucarliyiq.biz xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZERTAC-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov açılışı bildirən lenti kəsiblər.

Məlumat verilib ki, Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal binası tamamilə yenidən qurulub, keçid körpüləri və teloskopik traplar quraşdırılıb. Aerovağzal binası Şərq və Qərb terminallarından ibarətdir. “Qərb terminalı”nda minik və enişlərin təmin olunması üçün ən müasir tipli teleskopik trap quraşdırılıb. Teleskopik trap vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minəcək, həmçinin təyyarədən terminal binasına keçəcəklər. Müasir avadanlıqların quraşdırılması sərnişinlərin rahatlığına və uçuşların təhlükəsizliyinə imkan verəcək.

Sərnişin və yüklərin təhlükəsiz və beynəlxalq normalara uyğun daşınmasının təşkil edilməsi üçün terminalda yüksək standartlara cavab verən yoxlama avadanlıqları, 2 ədəd eskalator, məhdud hərəkətli sərnişinlər üçün lift, uşaq əyləncə guşəsi, tranzit səyahət edən sərnişinlər üçün zal, 41 metr uzunluğunda yeni baqaj konteyneri, ana və uşaq otaqları, kafe, tibb otağı, hərbiçi ailələri üçün istirahət otağı və digər xidməti otaqlar istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb. Həmçinin Naxçıvan Beynəlxalq Hava Limanı eyni vaxtda bir neçə təyyarəni, o cümlədən tranzit uçan təyyarələri qəbul edib, yolasalma imkanına malikdir.

Binada xarici reyslərin qarşılanıb-yola salınması üçün pasport-qeydiyyat bölmələri və viza otağı, o cümlədən sərhəd, gömrük və miqrasiya xidmətlərinin əməkdaşları üçün müasir iş şəraiti yaradılıb, Azərbaycan, ingilis və rus dillərində elektron informasiya köşkü qurulub. Terminal videonəzarət sistemi ilə təmin edilib, kafe fəaliyyətə başlayıb.

“Qərb terminalı” ilə tanışlıqdan sonra kollektivlə görüş olub.

Naxçıvan hava limanının “Qərb terminalı” istifadəyə verilib – FOTO

Naxçıvan hava limanının “Qərb terminalı” istifadəyə verilib – FOTO

Naxçıvan hava limanının “Qərb terminalı” istifadəyə verilib – FOTO

Naxçıvan hava limanının “Qərb terminalı” istifadəyə verilib – FOTO