» » » İnfarkt keçirən kişi zəncirvari qəzaya səbəb oldu – VİDEO

İnfarkt keçirən kişi zəncirvari qəzaya səbəb oldu – VİDEO

İnfarkt keçirən kişi zəncirvari qəzaya səbəb oldu – VİDEO

Gəncənin Şeyx Bahəddin küçəsində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Ucarliyiq.biz Region TV-yə istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü 41 yaşlı Ziyad Əliyev infarkt keçirdiyindən idarəetməni itirib və nəqliyyat vasitəsi “Hundai Sonata” markalı avtomobilə çırpılıb. “Hundai” “KİA”-ya, o isə öz növbəsində “VAZ 2105”-ə dəyib. 

Daha sonra isə “Mercedes” markalı nəqliyyat vasitəsi “Niva” və “VAZ 2107”-ə dəyib.

Zərbənin təsirindən “VAZ” yaxınlıqdakı mağazaya çırpılıb. Bu zaman avtomobil yol kənarında dayanan iki nəfəri - 37 yaşlı Seymur İsmayılovu və 28 yaşlı Mirvari Tağıyevanı vurub. Qəza zamanı “VAZ 2107”-də olan qadın sərnişin də xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və Təcili Tibbi Yardım çağırılıb.

Faktla bağlı araşdırmalar aparılır.