» » » Qurban bayramında heyvan kəsilən ərazilərin dezinfeksiyası aparılır

Qurban bayramında heyvan kəsilən ərazilərin dezinfeksiyası aparılır

Qurban bayramında heyvan kəsilən ərazilərin dezinfeksiyası aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) dünən axşamdan etibarən Qurban bayramı ilə əlaqədar heyvan kəsiminin təşkil edildiyi ərazilərin dezinfeksiyasına başlayıb.

Ucarliyiq.biz xəbər verir ki, xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Trend-ə bildirib ki, dezinfeksiya işləri Mənzil-Kommunal Təsərrüfatı birliklərinin işçiləri tərəfindən heyvan kəsimi üçün yerlərin ayrıldığı ərazilərdə təmizlənmə işləri aparıldıqdan sonra həyata keçirilir.

Dezinfeksiya işlərinin bu gün yekunlaşacağı gözlənilir. Dezinfeksiya işlərinin aparılmasında məqsəd ərazidə hər hansı xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Y.Xanvəli bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq heyvanlarIn kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirilmişdi.

Xidmət rəsmisi qeyd edib ki, DBNX-nin nəzarət etdiyi ət kəsimi məntəqələrində heç bir antisanitariya halı qeydə alınmayıb.

Y.Xanvəlinin sözlərinə görə, Qurban bayramı günlərində ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda ət kəsiminin həyata keçirilməsi və satışı ilə əlaqədar DBNX-ya heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, sentyabrın 12 və 13-də Azərbaycanda Qurban bayramı qeyd olunub.