» » » Bakıda dənizdən qadın meyiti tapılıb

Bakıda dənizdən qadın meyiti tapılıb

Bakıda dənizdən qadın meyiti tapılıb

Bakıda Xəzər dənizinin sahilindən qadın meyiti tapılıb.

Ucarliyiq.biz xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 16:00 radələrində Xəzər dənizinin Buzovna qəsəbəsinə düşən sahilində suda boğulmuş naməlum qadın meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Buzovna qəsəbə sakini, 1969-cu il təvəllüdlü Həqiqət Məmməd qızı Mirzəyeva olması müəyyən edilib.

Ailəsinin verdiyi məlumata görə, H.Mirzəyeva səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Onun intihar etdiyi ehtimal edilir.