» » » Bakıda 1000 manatdan yuxarı əməkhaqqı alan müəllimlərin sayı açıqlandı

Bakıda 1000 manatdan yuxarı əməkhaqqı alan müəllimlərin sayı açıqlandı

Bakıda 1000 manatdan yuxarı əməkhaqqı alan müəllimlərin sayı açıqlandı

Son illər Bakı şəhər məktəblərində çalışan müəllimlərin əmək haqları 11% artıb.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhər təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, paytaxt məktəblərində 13 029 müəllim 500-1000 manat, 631 müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır. 

İdarə müdiri qeyd edib ki, 2016-cı tədris ilində 22 nəfər ümumi təhsil müəssisəsinə məktəb direktoru təyin edilib. Onun sözlərinə görə, son 3 ildə Bakı məktəblərinə 69 nəfər yeni direktor, 141 nəfər yeni direktor müavini təyin olunub. 

M. Vəliyeva əlavə edib ki, yeni tədris ilində paytaxtda 354573 nəfər şagirdin təlim-tərbiyəsi ilə 28285 nəfər müəllim məşğul olacaq. 

.
ucarliyiq.biz