» » » 15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

Bu gün Azərbaycanda 160 min şagird ilk dəfə parta arxasına əyləşdi.

Ucarliyiq.biz “Bilik günü”nü Bakının 286 saylı məktəbinin şagird və müəllim kollektivi ilə qeyd edib.

“Bilik günü”nə həsr edilmiş tədbiri giriş sözü ilə açan məktəbin direktoru Samir Mehdizadə şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzuladı və şagirdlərə dərslərinə məsuliyyətlə yanaşmağı, yeni biliklərə yiyələnmək üçün səy göstərməyi tövsiyə etdi. 

Yeni tədris ilində qarşıya qoyulan məqsəd və planları, eləcə də hansı nəticələri gözlədiklərini öyrənmək üçün məktəbin müəllim kollektivinə müraciət etdik.

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

Məktəbin direktoru Samir Mehdizadə: 

“Bu ildən çox yüksək nəticələr gözləyirik, həm təlimin keyfiyyətinin yüksəldilməsi, həm də uşaqların vətənpərvər ruhda tərbiyə olunaraq şəxsiyyət kimi formalaşması istiqamətində məktəb öz işini davam etdirəcək. Keçən il Təhsil Nazirliyinin tərtib etdiyi reytinq cədvəlində məktəbimiz respublika üzrə 85 pillə irəliləyərək 161-ci yerdən 76-cı yerə qalxıb. Məqsədimiz, təbii ki, məktəbimizi daha da yüksək pillələrə qaldırmaq, nəticələrimizi yüksəltməkdir”.

Əldə edilən nəticələrin davamlı olması üçün yeni tədris ilində həyata keçiriləcək planlardan danşarkən S.Mehdizadə: “Gündəlik işimizi şagirdlərlə yanaşı, valideynlərlə də daha ciddi qurmağı düşünürük. İnanıram ki, bu nəticələrin davamı olacaq”, - deyib.

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

Şagirdlərin təhsilə marağını artırmaq, müəllimlərin tədris işinin daha da effektiv olması üçün tətbiq edilən İKT nümunələri barədə danışarkən məktəb direktoru: “Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəblərə məhdud sayda elektron lövhələr paylanılıb və bizim də müəllimlərimiz İKT təlimlərində iştirak edərək həmin lövhələrdən istifadə bacarıqlarına yiyələniblər. Daha sonra bu biliklərin gündəlik dərslərdə tətbiqinə başlanılıb. Bu lövhələr ibtidai siniflərdə istifadə edilir.

Nəticələrin böyük olduğunu deyə bilərəm, belə ki, bu lövhələr göz yaddaşının inkişafına yardım edir. Ümid edirəm ki, ibtidai sinifə qədəm qoyan şagirdlər gələcəkdə bu biliklərdən istifadə edəcəklər. Çünki bu lövhələr mövzunun daha ətraflı çatdırılması üçün bir vasitədir. Əsas amil isə müəllimin peşəkarlığı, onun metodikasıdır. Hesab edirəm ki, müəllimlərimiz çox çalışqan və savadlıdırlar, ona görə də əminəm ki, əməyimizin bəhrəsini gələcəkdə mütləq görəcəyik”, - deyib.  

İbtidai siniflər üzrə direktor müavini Mehriban Atayeva:

“İlk olaraq şagird və müəllim kollektivini yeni tədris ili münasibəti ilə təbrik edirəm. Hamıya uğur və müvəffəqiyyət diləyirəm. Bildirmək istərdim ki, direktor Samir Mehdizadənin kollektivə yeni gəlməsinə baxmayaraq, qısa bir müddət ərzində məktəbdə çox böyük dəyişikliklərin həyata keçirilməsinə nail olub. Müəyyən sahələrdə irəliləyişlərimiz olub, kollektivin əməkdaşı kimi bu il də həmin irəliləyişlərin davamını gözləyirəm”.

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

Rus dili müəllimi Lyudmila Dadaşova:

“Bir müəllim nə arzulaya bilər? Sağlam təfəkkür. İstərdim ki, şagirlərimiz məktəbi sevsinlər. Məktəbin onlara, gələcəkdə çox gərəkli olacaq biliyi verdiyini dərk etsinlər və dərslərə həvəslə gəlsinlər. Müəllimlərə də, uşaqlara da uğur və stimul arzulayıram. Məktəbimiz paytaxtın böyük məktəblərindən biridir. Mənim öz övladım da burada oxuyur. Çünki məktəbimizin müəllim kollektivinə etibar edirəm, onların savadına, biliyinə güvənirəm. Həm də uşaqlarımızın potensialına inanıram. Çünki məktəbdə tətbiq edilən yenilikləri şagirdlərimiz daha həvəslə qəbul edirlər. Bu çox sevindirici haldır, çünki bu həvəs gələcəkdə öz bəhrəsini mütləq verəcək”.

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

15 sentyabr “Bilik günü”: Sevinc, həyəcan, ümid... – FOTOREPORTAJ

İbtidai sinif müəllimi Ajizat Məlikova:

“Bu mənim altıncı ibtidai sinifimdir. Planlarım çoxdur. Çünki uşaqlar sürətlə inkişaf edirlər, onlarla məhz müasir dövrün tələblərinə müvafiq metodlarla məşğul olmaq lazımdır. Bu il qəbulda iştirak edərkən, sözün yaxşı mənasında, şok keçirdim. Uşaqların maraq dairəsi çox genişdir, bu isə müəllim kimi məndən fərqli yanaşmanı, metodikamı inkişaf etdirməyi tələb edir”. 

Biz də öz növbəmizdə təbriklərə qoşuluruq və yeni tədris ilinin həyəcan və sevincini yaşayan müəllim və şagirdlərə yeni nailiyyətlər, dərs ilində yaxşı qiymətlər arzu edirik. Çünki şagirdlərin yüksək qiymətləri, ilk növbədə, təhsil verən müəllimlərin peşəkarlığının göstəricisidir.

Səbinə Səmidxan
Foto: Cahit İsr