» » » Aborta gedən məktəbli qızlarla bağlı açıqlama

Aborta gedən məktəbli qızlarla bağlı açıqlama

Aborta gedən məktəbli qızlarla bağlı açıqlama

“Aborta gedənlər arasında məktəbyaşlı qızların olmasının müxtəlif səbəbləri var və burada, ilk növbədə, məsuliyyət valideynin üzərinə düşür”.

Ucarliyiq.biz xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Komitə rəsmisi qeyd edib ki, ötən il 15-17 yaş arasında 50 qızın aborta getməsi müşahidə edilmişdisə, 2014-ci ildə isə bu rəqəm 88 olub.

A.Veysəlova məsləhət görür ki, valideynlər, azyaşlı qızlar özləri bu addımların uğursuz olduğunu dərk etsinlər: 

“Yanlış dini təsəvvürlərin, stereotiplərin, adət-ənənələrin aradan qaldırılması üçün eyni zamanda KİV-in və vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti gücləndirilməlidir”.

Qeyd edək ki, ötən il 20 yaşa qədər 1535 qadın aborta gedib. Bunlardan 50 nəfəri 15-17 yaş arası yeniyetmə, 1485 nəfəri isə 18-19 yaş arası qızlardır.

.
ucarliyiq.biz