» » » Gəncədə divar uçqunu altında qalan qız ölüb

Gəncədə divar uçqunu altında qalan qız ölüb

Gəncədə divar uçqunu altında qalan qız ölüb

Gəncədə bədbəxt hadisə baş verib.

Ucarliyiq.biz APA-ya istinadla xəbər verir ki, şəhərin “Vtoroy çast” deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb.

Qızlardan biri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onların kimliyi dəqiqləşdirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

A.S.
ucarliyiq.biz