» » » QMİ: Aksiyalarda dini şüarlarla çağırışlar etmək təxribatdır

QMİ: Aksiyalarda dini şüarlarla çağırışlar etmək təxribatdır

QMİ: Aksiyalarda dini şüarlarla çağırışlar etmək təxribatdır

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizin həyatında mühüm hadisə - referendum öncəsi bəzi siyasi qüvvələrin Azərbaycan Respublikasının Konstitusiyasına, “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunlarına zidd olaraq, ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə keçirdikləri aksiyalarına din xadimlərini cəlb etmək üçün dini şüarlarla çağırışlar etməsini dövlətçiliyə qarşı təxribat kimi qiymətləndirir.

Qurumdan Ucarliyiq.biz-a verilən məlumatda bildirilir ki, QMİ konstitusion prinsiplərə zidd çağırışlarla bağlı tabeçiliyində olan dini icmaların, din xadimlərinin, yerlərdəki səlahiyyətli nümayəndələrin, qazıların və dindarların etirazlarını nəzərə alaraq, dindən xüsusi maraqlar üçün siyasi alət kimi istifadə olunmasını, siyasi müxalifət təmsilçilərinin dövlətçiliyə qarşı dini zəmində çağırışlar etməsini qanunazidd və cinayət əməli hesab edir.

“Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunmuşdur ki, dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir. Bu müddəaya müvafiq olaraq, Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində olan din xadimləri və onu təmsil edən şəxslər heç bir siyasi partiyanın üzvü ola bilməzlər və heç bir siyasi quruma qoşula, onun fəaliyyətində iştirak edə bilməzlər”.

İdarə eyni zamanda bildirir ki, QMİ-ni təmsil edən din xadimləri və onların nümayəndələri yuxarıda göstərilən xarakterli siyasi tədbir və kütləvi aksiyalarda iştirak edərlərsə, bu, qanun pozuntusu sayılacaq və onların haqqında qanunvericiliklə, İdarənin nizamnaməsinə müvafiq şəkildə məsuliyyət tədbirləri görüləcək.


ucarliyiq.biz