» » » Tikinti şirkəti Azərbaycanın məşhur bankını məhkəməyə verib

Tikinti şirkəti Azərbaycanın məşhur bankını məhkəməyə verib

Tikinti şirkəti Azərbaycanın məşhur bankını məhkəməyə verib

“Azərinşaat” pul vəsaitlərinin hesaba köçürülməsini tələb edir.

“Azərinşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Bank Technique” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

ucarliyiq.biz-ın Report-a istinadən xəbərinə görə,“Azərinşaat” pul vəsaitlərinin hesaba köçürülməsi barədə öhdəliyin qoyulmasını tələb edir. İddia olunan kredit borcunun məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Azərinşaat” Azərbaycanda birinci dərəcəli yolların tikintisi ilə məşğul olan şirkətdir. Mətbuatda yayılan məlumata görə, şirkət Lənkəran-Masallı avtomobil yolunun çəkilişi layihəsində çalışan 250 işçisinə 4 aydır ki, maaş vermir. “Azərinşaat”ın ümumilikdə isə 2 milyon manata yaxın borcunun olduğu deyilir. Şirkətin rəhbəri Mehdi Əliyev bu ilin may ayında həbs olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

“Bank Technique” isə 1994-cü ildə “Rəşadbank” adı altında fəaliyyətə başlayıb, 4 il sonra “Texnika Bank”, 2012-ci ildən isə “Bank Technique” adlandırılıb.