» » » Səhiyyə Nazirliyi: Dərmanların 90 faizinin qiyməti düşüb

Səhiyyə Nazirliyi: Dərmanların 90 faizinin qiyməti düşüb

Səhiyyə Nazirliyi: Dərmanların 90 faizinin qiyməti düşüb

Tarif Şurasının Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə enib. Ümumilikdə isə dərmanların 90%-nin qiyməti düşüb.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. 

Nazir müavini bildirib ki, bu, mütəmadi və tamamlanmayan prosesdir. Onun sözlərinə görə, hər bir yeni qeydiyyatdan keçirilən dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən müəyyən olunacaq: 

“Bu sahədə müəyyən xırda problemlər yaşanır və bunların yerində aradan qaldırılması istiqamətində tədbirlər görüləcək. Azərbaycana gələn dərmanların hər bir seriyası Səhiyyə Nazirliyində yoxlandıqdan sonra onların gömrük orqanlarında rəsmiləşdirilməsinə icazə verilir. Çünki qanunvericilik bunu tələb etdiyindən gömrük orqanları da bunu tələb edir”. 

Nazir müavini əlavə edib ki, ilk növbədə hər kəsi dərmanların keyfiyyəti maraqlandırır, qiymətin aşağı olması ilə yanaşı bu da vacib amildir.

.
ucarliyiq.biz