» » » Kazımovski restoranda vəfat edib

Kazımovski restoranda vəfat edib

Kazımovski restoranda vəfat edib

Xəbər verdiyimiz kimi, rejissor Ələkbər Kazımovski dünyasını dəyişib.

Ucarliyiq.biz-ın musavat.com-a istinadən məlumatına görə, hadisə Bakının 1-ci mikrorayonundakı “Dalğa” restoranında baş verib.

Ələkbər Kazımovski aktrisa Nahidə Orucovanın 55 illik yubiley məclisinin başlamasına bir qədər qalmış restorana gəlib. Əməkdar artist Kübra Əliyeva hadisə yerində jurnalistlərə bildirib ki, ölüm anında rejissorun yanında olub:

“Heç məclis başlamamışdı. Ələkbər gəldi, Nahidə xanımla görüşdü, Məhərrəmin (rejissor Məhəmməd Bədirzadə) yanına keçdi. Mən ayağa qalxdım ki, iki rejissoru qucaqlayım. Bir də gördüm Ələkbərin başı düşdü Məhərrəmin çiyninə”.

Ələkbər Kazımovski huşsuz vəziyyətdə restoranın foyesinə çıxarılıb. Həkim briqadası çağırılsa da, tanınmış rejissoru həyata qaytarmaq mümkün olmayıb.

Ailəsinə məlumatı aktrisa Kübra Əliyeva verib:

“Xəbəri çəkinmədən verdim. Ona ilk sualım bu oldu ki, Ələkbərin ürəkgetməsi varmı. Dedi “yox”. Həkimlər heç bir diaqnoz qoymadılar. Amma artıq öldüyünü dedilər. Xanımı inanmadı. Qohumlarının tövsiyəsi ilə bəzi prosedurları etdilər. Amma artıq gec idi”.

Rejissorun meyiti ailəsinə təhvil verildikdən sonra məclis başlayıb və adi axarında davam edib.

Kazımovski restoranda vəfat edib

Kazımovski restoranda vəfat edib

Kazımovski restoranda vəfat edib

Kazımovski restoranda vəfat edib

Kazımovski restoranda vəfat edib

A.S.
ucarliyiq.biz