» » » Dəfn üçün torpaq pulsuz ola bilər

Dəfn üçün torpaq pulsuz ola bilər

Dəfn üçün torpaq pulsuz ola bilər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə təqdim etdiyi “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfn xərclərinin dəfn üçün müavinətin məbləğindən artıq olmamasını təklif edib.

Ucarliyiq.biz bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, “dəfn işi” dedikdə, yas mərasimi nəzərdə tutulmur.

G.İsmayılov qeyd edib ki, “dəfn işi” məzar üçün torpağın ayrılması, qəbrin qazılması, dəfn olunma və abidənin qoyulmasından ibarətdir:

“Əgər vəfat etmiş şəxsin iş yeri varsa, “dəfn pulu” dediyimiz vəsait onun iş yerindən verilir. Əgər ölən təqaüdçüdürsə, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. 

Biz “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfnin məhz bu vəsait hesabına aparılmasını nəzərdə tutmuşuq. Təklifimizin mahiyyəti bundan ibarətdir ki, dəfn üçün xərclər bu vəsaitdən artıq olmasın. Biz nəzərdə tuturuq ki, torpaq pulsuz olacaq. 

İkincisi, qəbiristanlıqların saxlanılması, abadlaşdırılması vətəndaşların deyil, bələdiyyələrin hesabına olacaq. Təklifimizdə də məqsəd odur ki, torpaq pullu olmasın, ikincisi, qəbirüstü abidələr təmtəraqlı olmasın, üçüncüsü isə qəbiristanlıqlar normal bir şəkildə fəaliyyət göstərsin”.

G.İsmayılov əlavə edib ki, layihədə bir nəfərin bir neçə qəbir yeri götürməsinə icazə verilmir: “Yəni, heç kim 4-5 qəbir yeri götürə bilməz. İkinci yer o şərtlə verilə bilər ki, həmin yeri vəfat etmiş şəxsin həyat yoldaşı götürsün. Eyni vaxtda iki nəfərdən artıq insan üçün məzar yeri verilə bilməz”.

.
ucarliyiq.biz