» » » Məkkədə daha bir azərbaycanlı öldü

Məkkədə daha bir azərbaycanlı öldü

Məkkədə daha bir azərbaycanlı öldü

Aslanovanın həyat yoldaşı ixtisasca həkimdir.

Bu gün Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan daha biri dünyasını dəyişib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Həyatını itirən şəxs Kəklik Aslanovadır.

Onun sözlərinə görə, K.Aslanova Məkkəyə həyat yoldaşı ilə yollanıb.

Zəvvar günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, K.Aslanovanın həyat yoldaşı ixtisasca həkimdir.

Bu, Məkkədə dünyasını dəyişən sayca ikinci azərbaycanlı zəvvardır. 

Bundan əvvəl Qubadlı rayonundan olan məcburi köçkün, 1954-cü il təvəllüdlü Fəxrəddin Oruc oğlu Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəflətən dünyasını dəyişmişdi. 

Onun ürək tutmasından vəfat etdiyi bildirilir.