» » » Bakıda uşağın cinsiyyəti dəyişdiriləcək

Bakıda uşağın cinsiyyəti dəyişdiriləcək

Bakıda uşağın cinsiyyəti dəyişdiriləcək

Azərbaycanda 12 yaşlı uşağın plastik əməliyyatla cinsiyyəti dəyişdiriləcək.

Ucarliyiq.biz Axşam.az-a istinadən xəbər verir ki, əməliyyat özəl klinikalardan birində gerçəkləşdiriləcək. Əməliyyat zamanı uşaq qadın ediləcək.

Əməliyyatı gerçəkləşdirəcək plastik-cərrah Dilqəm Məmmədov prosedurun qanuni yollarla edildiyini qeyd edib.

Mütəxəssis bildirib ki, əməliyyat az sonra başlayacaq:

“Bu insan kefindən əməliyyat olunmur. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Tibb elmində buna hermofroditizm deyilir. Xəstənin normal genotipi, xromosomları, xarici görünüşü qadındır.

Yəni, “xy” yox, “xx” daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirəcəyik. Bunu Türkiyədə genetik laboratoriyada da təsdiqləmişik, tibbi ekspertin rəyi var. Səhiyyə Nazirliyindən və Baş Prokurorluqdan əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdır.

Hətta əməliyyat gec olunur. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”.

.

ucarliyiq.biz