» » » Azərbaycanda torpaq sürüşməsi qaz kəmərini zədələyib – FOTO + VİDEO

Azərbaycanda torpaq sürüşməsi qaz kəmərini zədələyib – FOTO + VİDEO

Azərbaycanda torpaq sürüşməsi qaz kəmərini zədələyib – FOTO + VİDEO

Lənkəran-Lerik yolunun ayrı-ayrı hissələrində torpaq sürüşməsi qeydə alınıb.

Ucarliyiq.biz Trend-ə istinadən xəbər verir ki, hazırda aktivlik əsasən yolun 17 və 27-ci kilometrliyini əhatə edir.

Ötən gecədən başlayaraq yamaca doğru 25 metr məsafədə torpaq sürüşərək çaya tökülür.

Aidiyyəti qurumlar avtomobillərin intensiv hərəkətini təmin etmək üçün yola paralel olaraq köməkçi zolaq çəkilməsinə başlayıblar. Sürüşmə nəticəsində 3 kəndə gedən qaz boru xətti zədələndiyindən kəndlərə mavi yanacağın verilişi də dayandırılıb.

“Azəravtoyol” ASC-nin idarə rəisi Elxan Əliyev bildirir ki, sürüşmə zonasındakı yol bir zolaq genişlənir: “Həmin sürüşmələr ilin fəslindən asılı olaraq gah stabil olur, gah da aktivləşir.

Avtomobil yolunun 27-ci kilometrliyində həmin sürüşmə aktivləşib. Bir zolaq yol genişlənir. Yolun aşağı hissəsində də aşağı istinad divarının tikilməsi üçün işlər görülür”.

.

ucarliyiq.biz