» » » Cəbhə xəttinə ən yaxın məsafədə toy çalındı – VİDEO

Cəbhə xəttinə ən yaxın məsafədə toy çalındı – VİDEO

Cəbhə xəttinə ən yaxın məsafədə toy çalındı – VİDEO

Tərtər rayonunun Yuxarı Qaradağlı kəndi ərazisində Ermənistan hərbçilərinin nəzarətində olan postdan bir neçə yüz metr aralıda toy mağarı qurulub.

Ucarliyiq.biz ARB-yə istinadən xəbər verir ki, kənd sakini Alim Hüseynov üçün toy çalınıb. Sakinlər deyirlər ki, bu istiqamətdə atəşkəs tez-tez pozulur. Kənd ərazisinə müxtəlif vaxtlarda mərmilər atılıb, tikililər dağılıb.

“Bu kəndin sakiniyik. Hər zaman da kəndimizdə qalacağıq”,- deyə toyun sahibi Firuzə Hüseynova bildirib.

Bəy Alim Hüseynov isə kənd sakinlərinin Azərbaycan ordusuna arxalandığını qeyd edib:

“Sakinlər ordumuza güvənib, burada yaşayır. Onlar hər zaman kənddəki bu cür məclislərə qatılır”.

A.S.
ucarliyiq.biz