» » » Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Ucarliyiq.biz xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. 

Bakı şəhər sakini Aydın İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Nəsibə Vəliyevanı vurub. 

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb

Faktla bağlı araşdırma aparılır.


ucarliyiq.biz